Skip to content
/60

FİZİKİ TƏRBİYƏ SINAQ İMTAHANI №-1 (yeni sınaq əldə etmək üçün whatsapp 055 482 10 12)

1.

2. Fiziki tərbiyənin dərs formasının əsas fərləndirici xüsusiyyətlərini müəyyənləşdirin:
1. Dərsin məzmunu strategiyasının fənnin dövlət standartları ilə müəyyən edilməsi
2. Ümumtəhsil məktəblərinin şagirdləri üçün məcburi xarakterli olmaması
3. Əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun sistemli və davamlı olması
4. Məşğul olanların eyni yaş qrupuna aid olmaması.
5. Dərsin təşkili, keçirilməsi və təlim nəticələrinin qiymətləndirilməsinə vahid tələbatın mövcudluğu

3. Xarakter etibarı ilə nəticəyönümlü olub, şagirdlərin hərəki, idraki, mənəvi-iradi, psixomotor fəaliyyətlərini diqqət mərkəzində saxlayan rəsmi sənəddir:

4. Şəkil hansı idman oyununa aiddir?

5. Ümumtəhsil məktəblərində daha çox hansı qüvvə hazırlığının artırılması nəzərdə tutulur?

6. Gövdənin arxa əzələ qruplarına aid olanları seçin:

1. Böyük döş əzələsi
2. Kürək əzələsi
3. Deltavari əzələ
4. Qarının düz əzələləri
5. Trapesiyaya bənzər əzələ
6. Qarının çəp əzələləri
7. Kürəyin enli əzələləri
8. Qarının köndələn əzələləri

7. Bu hərəkətlər mürəkkəb quruluşlu icra üsullarının öyrədilməsi zamanı texniki elementlərin mənimsənilməsi, təkmilləşdirilməsi məqsədi ilə istifadə olunan hərəkətlər kompleksi hesab olunur:

8. Fiziki tərbiyə dərsində Ramin müəllim şagirdlərdən minimal vaxt ərzində mümkün qədər çox güc göstərməyi tələb edir. Şagirdlər yerindən və qaçışdan uzunluğa tullanmalar edir, kiçik çəkili topları uzağa atır və hərəkətləri yarış şəklində təkrar-təkrar icra edirlər.

Bu məşqlər əsasən hansı hərəki qabiliyyətin inkişafına yönəldilmişdir?

9. Fiziki tərbiyə dərsində Ləman müəllimə şagirdlərin bu qabiliyyətini inkişaf etdirmək məqsədilə dərsi planlaşdırır. O, dərsdə şagirdlərə 1000–1500 m məsafəyə orta tempdə qaçış, mini-futbol və basketbol estafetləri təşkil edir. Şagirdlər fiziki yükü hiss edirlər və fəaliyyət zamanı yorulurlar.

Bu situasiyada müəllim şagirdlərdə hansı hərəki qabiliyyətin inkişafına yönəlmiş fəaliyyət həyata keçirir?

10. Fiziki tərbiyə dərsində Müzəffər müəllim şagirdlərə basketbol və futbol elementləri ilə bağlı müxtəlif tapşırıqlar verir: sürətli yön dəyişmələri, maneələrdən keçmə, topu driblinq ilə idarə etmə, ani reaksiya tələb edən oyun elementləri.

Bu tapşırıqlarla müəllim şagirdlərdə hansı hərəki qabiliyyətin inkişafına nail olmağa çalışır?

11. Fiziki tərbiyə dərsində şagirdlərdən biri həndbol oyununda diz nahiyəsini yaralayır. Qan açıq qırmızı, duru və fəvvarə şəklində, nəbzə uyğun vuraraq axır. Müəllim bunu arterial qanaxma kimi müəyyən edir.

Bu halda müəllimin ilk yardım baxımından ən düzgün addımı hansıdır?

12. Fiziki tərbiyə dərsində Marusa müəllimə dözümlülüyün inkişafı mövzusunu tədris edir. Dərs planına əsasən şagirdlərə uzunmüddətli, fasiləsiz orta tempdə yeriş və qaçış tapşırıqları verilib. Lakin dərs zamanı şagirdlər qaçışları tam fasiləsiz və ardıcıl yerinə yetirmirlər, bəzi şagirdlər isə yarış və estafet tapşırıqlarına cəlb olunmur.

Bu halda müəllimin dözümlülüyün inkişafı üçün ən düzgün addımı hansı olmalıdır?

13. Fiziki tərbiyə dərsində müəllimin fəaliyyəti aşağıdakılardır.

Uyğunluğu müəyyən edin.

1. Hərəkətlərin icra ardıcıllığını müəyyən edir, yeriş və qaçış hərəkətlərinin müxtəlifliyindən istifadə edir, ümuminkişaf hərəkətləri nümayiş etdirir
2. Dərsin məqsədini və istifadə olunacaq fəaliyyət növlərini izah edir, motivasiya yaradır
3. Bərpaedici hərəkətlərdən istifadəni təmin edir, qiymətləndirmə nəticələrini elan edir
4. Dərsin məqsədinə uyğun oyun və hərəkətlər vasitəsi ilə hərəki qabiliyyətlərin inkişafını təmin edir, fərdi qiymətləndirmə aparır

a. Dərsin əsas hissəsi
b. Dərsin hazırlayıcı hissəsi
c. Dərsin tamamlayıcı hissəsi
d. Dərsin giriş hissəsi

14.

15. Fiziki tərbiyə dərsində Aynur müəllimə şagirdlərə müxtəlif metodlarla hərəki qabiliyyətləri inkişaf etdirməyi öyrədir.

Uyğunluğu müəyyən edin.

1. Təkrar, təkrar seriyalı, interval, oyun və yarış metodları
2. Təkrar, təkrar seriyalı, fasiləli, dairəvi metodlar
3. Təkrar, təkrar-seriyalı, imtinaya qədər, izometrik, zərbə metodları
4. “Ciddi reqlamentləşdirilmiş hərəkət metodu”, oyun, yarış, fasiləli metodlar
5. Dəyişkən, fasiləli, rəvan metodlar

a. Sürət hərəki qabiliyyəti
b. Sürət-güc hərəki qabiliyyəti
c. Bədənin əyilmə qabiliyyəti
d. Qüvvə hərəki qabiliyyəti
e. Çeviklik hərəki qabiliyyəti
f. Dözümlülük hərəki qabiliyyəti

16. Fiziki tərbiyə dərsində müəllim şagirdlərə badminton oyununun qaydalarını izah edir.

Hansı məlumatlar doğrudur?

1. Oyunçular kortlarda üçüncü setdə 11 xala çatanda kortları dəyişirlər.
2. Servis atışı zamanı servis atan oyunçunun raketkasının başı bel səviyyəsindən yuxarı qalxa bilər.
3. Birinci set minimum 21 xaldan ibarətdir, ən azı iki xal üstünlüklə 21 xala ilk çatan oyunçu setin qalibi olur.
4. Volan kort xaricindəki hər hansı bir obyektə və ya adama dəyərsə bu xəta hesab olunmur,.
5. Badmintonun vətəni Danimarka hesab olunur.

17. Müəllim futbol dərsində şagirdlərə oyunun qaydalarını izah edir. O bildirir ki, bəzi hallar oyunun başlanması, davam etməsi və oyunçularla bağlı qaydalara uyğundur. Aşağıdakı fikirlərdən hansıları düzgündür?

1. Komandada oyunçuların sayı 7 nəfərdən azdırsa, oyun başlana və ya davam etdirilə bilməz
2. Rəsmi oyunlarda maksimum 5 əvəzetməyə icazə verilir
3. Başlanğıc zərbəsi zamanı bütün oyunçular rəqib yarı sahəsində olmalıdır
4. Top qapı xəttini tam keçdikdə qol qeydə alınır
5. Oyun yalnız 90 dəqiqə tamam olduqda bitir və əlavə vaxt verilmir

18. Müəllim 3x3 basketbol dərsində şagirdlərə oyun qaydalarını izah edir. O bildirir ki, oyunun gedişi, xalların hesablanması və qayda pozuntuları ilə bağlı bəzi fikirlər doğrudur. Aşağıdakı hallardan hansıları düzgündür?

1. Hər komanda oyunda əsas oyun vaxtı 2 dəfə taym-aut götürə bilər
2. Əsas vaxt bitdikdə hesab bərabərdirsə, 1 dəqiqə fasilədən sonra uzatma oynanılır
3. Uzatma vaxtında minimum 2 xal qazanan komanda qalib olur
4. 6.75 m xəttinin içərisindən atılan bütün toplar 2 xal ilə qiymətləndirilir
5. Komanda 21 xala çatarsa, oyun vaxt bitməsə belə oyun başa çatır

19. Basketbol dərsində müəllim şagirdlərə qayda pozuntularını izah edir. O bildirir ki, bəzi hallarda cərimə atışı ləğv edilir və ya top rəqib komandaya verilir. Aşağıdakı hallardan hansıları bu qaydaya aiddir?

1. Cərimə atışını yerinə yetirən oyunçu top səbətə çatmadan əvvəl xətti tapdalayır
2. Oyunçu cərimə atışını 5 saniyə ərzində yerinə yetirmir
3. Sonuncu cərimə atışı uğursuz olur və top halqadan geri qayıdır
4. Yan xəttdən topu oyuna daxil edən oyunçu xətti tapdalayır
5. Oyunçu topu çilədikdən sonra yenidən çiləməyə başlayır

20. Nurlana müəllimə həndbol dərsində şagirdlərə oyun qaydalarını izah edir. O, bildirir ki, bəzi hallarda hakim rəqib komandanın xeyrinə sərbəst zərbə təyin edir. Aşağıdakı hallardan hansıları bu qaydaya aiddir?

1. Oyunçular öz komandalarının əvəzetmə zonası xəttindən oyun meydançasına daxil olan zaman
2. Müdafiəçi qapıçı meydançasında diyirlənən topa toxunarsa
3. Hücum edən komanda 4 ötürmədən sonra qapıya zərbə etmir
4. Qapıçı komanda yoldaşı tərəfindən ona ötürülən topu tutarsa
5. Komanda topu hücum etmədən uzun müddət nəzarətdə saxlayır (passiv oyun)

21. Voleybol oyununda komandanın bir oyunçusu top oyuna daxil edilən anda öz mövqeyində düzgün yerləşmir. Hakim bu pozuntunu qeydə alır. Bu vəziyyətdə hansı qərar verilməlidir?

22. Aysel müəllimə fiziki tərbiyə dərsində şagirdlərə müxtəlif çıxış vəziyyətlərindən start siqnalına uyğun sürətlə hərəkətə başlama tapşırıqları verir. O bildirir ki, bu cür məşqlər əsasən hərəkət reaksiyasının tezliyinin inkişafına xidmət edir.

Hərəkət reaksiyası tezliyinin inkişafına daha çox təsir göstərən əsas amil hansıdır?

23. Nərgiz müəllimə şagirdlərə kişi idman gimnastikasında istifadə olunan alətlər və onların xüsusiyyətləri haqqında məlumat verir. O bildirir ki, hər bir alət öz quruluşu və icra edilən hərəkətlərin xarakteri ilə fərqlənir.

Kişi idman gimnastikası alətləri ilə bağlı verilən məlumatlardan hansıları doğrudur?

1. Sərbəst hərəkətlər 12×12 metr ölçülü gimnastika xalçasında icra olunur
2. Halqalar iki ədəd halqadan ibarət olub yerdən təxminən 2.8 metr hündürlükdə yerləşir
3. Dəstəli at üzərində çıxış zamanı gimnast yalnız ayaqları ilə alətə toxuna bilər

24. Davud müəllim atletika dərsində şagirdlərə nizə atma texnikası və sektorun xüsusiyyətləri haqqında məlumat verir. O bildirir ki, nizə atma zamanı alətin quruluşu və atmanın həyata keçirildiyi sektor müəyyən qaydalara uyğun olmalıdır.

Nizə atma ilə bağlı verilən məlumatlardan hansıları doğrudur?

1.Nizə üç hissədən – baş, gövdə və tutacaqdan ibarətdir
2.Nizə atma zamanı alət çiyin üzərindən irəliyə doğru atılır
3.Nizə atıldıqdan sonra 28.96 dərəcəlik sektorun içərisinə düşməlidir

25. Şəkildə estafetin hansı ötürmə texnikası göstərilmişdir?

26. Fiziki tərbiyə dərsində Üzeyir müəllim şagirdlərə qaçaraq uzunluğa tullanmanın texnikasını izah edir və qeyd edir ki, hər bir faza ardıcıl şəkildə yerinə yetirildikdə tullanmanın nəticəsi daha uğurlu olur.

Qaçaraq uzunluğa tullanmanın uçuş fazasının ardıcıllığını müəyyən edin.

1) Gövdənin şaquli vəziyyətini mümkün qədər çox saxlamaq, ayaqları sinəyə tərəf çəkmək
2) Yerəenməyə hazırlaşmaq
3) Uçuşda ayaqların hərəkəti ilə müvazinəti saxlamaq
4) Təkandan sonra qaçış addımı vəziyyətini mümkün qədər çox saxlamaq

27. Bir şagirdin tez-tez qan azlığı əlamətləri müşahidə olunur. Türkan müəllim izah edir ki, vitaminlərdən biri orqanizmdə boyun inkişafı, qan yaranması, eritrositlərin formalaşmasına müsbət təsir edir, sinir sistemi və qaraciyərin funksiyasını normallaşdırır.

Bu prosesdə əsas rol oynayan vitamin hansıdır?

28. Fiziki tərbiyə dərsində Zəka müəllim şagirdlərə izah edir ki, əyilgənlik hərəkətləri icra olunarkən oynaqların və əzələ-bağ aparatının zədələnməməsi üçün hərəkətlər müəyyən ardıcıllıqla yerinə yetirilməlidir. Bu ardıcıllıq əvvəlcə orqanizmin qızışdırılması, sonra isə daha mürəkkəb dartılma hərəkətlərinin icrası prinsipinə əsaslanır.

Verilənləri nəzərə alaraq əyilgənlik hərəkətlərinin düzgün ardıcıllığını müəyyən edin.

1. Əyilmələr, dönmələr və fırlanmalar
2. Dartılma hərəkətləri
3. Yeriş, qaçış və sürətlənmə hərəkətləri
4. Xarici köməklə yerinə yetirilən əyilmələr
5. Geniş amplitudalı yellənmə və holaylandırma hərəkətləri

29. Fiziki tərbiyə dərslərində oyun və komanda fəaliyyətinin təşkil olunması şagirdlərə hansı istiqamətdə daha çox təsir göstərir?

30. Fiziki tərbiyə dərsində müəllim şagirdlərə dartma (stretçinq) hərəkətlərini yerinə yetirmələri tapşırığını verir. Bunun üçün müəyyən qaydalara mütləq əməl olunmalıdır. Bu hərəkətləri edərkən müəllim səhv tapşırıq verir və şagird müəyyən zədə alır.

Bu vəziyyətdə müəllimin əsas metodik səhvi hansı ola bilər?

31. Tamerlan müəllim şagirdlərdə bədənin əyilmə qabiliyyətini inkişaf etdirərkən dinamik və statik hərəkətlərin müəyyən faiz nisbətində tətbiq edilməsinin daha səmərəli olduğunu nəzərə alır.

Dinamik və statik hərəkətlər hansı nisbətdə olduqda daha səmərəli olar?

32. Bədii gimnastikada fərdi proqram üzrə hər bir çıxışın müddəti nə qədərdir?

33. Fiziki tərbiyə dərsində Səbinə müəllimə şagirdlərə çətin texniki hərəkətləri məşq etdirir. Bu, dəfələrlə təkrarlanan hərəkətlərdən ibarətdir.
Bu fəaliyyət əsasən xüsusi dözümlülüyün hansı növünün inkişafına yönəldilmişdir?

34. Basketbol oyununda oyunçu oyun ərzində iki texniki fol ilə cəzalanır.

Hakim hansı qərarı verməlidir?

35. Gəncə şəhər 19 nömrəli məktəbin Fiziki tərbiyə müəllimi İlqar müəllim şagirdlərdə qüvvə qabiliyyətini inkişaf etdirmək məqsədilə müxtəlif hərəkətlərdən istifadə edir. Dərs zamanı şagirdlər öz bədən çəkisi ilə, həmçinin müqavimət və ağırlıqlarla işləyirlər.

Verilmiş məlumata əsasən müəllim hansı hərəkətlərdən istifadə edə bilər?

1. Turnikdə dartınma

2. 800 m məsafəyə qaçış

3. Uzanaraq dayaqda qolların bükülüb-açılması

4. Kəndirə dırmanma

5. 360° dönmələrlə tullanmalar

36. Ayaqlar aralı duruş, qollar yanlarda, ayaqları yanlara çarpaz aparmaqla, gövdənin döndərilməsi ilə hansı hərəki qabiliyyəti inkişaf etdirə bilərik?

37. Fiziki tərbiyə müəllimi Elgiz müəllim şagirdlərə Azərbaycanın Olimpiya tarixindən danışarkən qeyd edir ki, müstəqil Azərbaycanın ilk Olimpiya çempionlarından biri 1996-cı ildə Atlantada Olimpiya Oyunlarında sərbəst güləş üzrə gümüş medal qazanmışdır. Həmin idmançı daha sonra 2000-ci il Sidney Olimpiya Oyunlarında da qızıl medal əldə etmişdir.

Verilmiş məlumata əsasən söhbət hansı idmançıdan gedir?

38. Behbut müəllim şagirdlərin hərəki qabiliyyətlərini inkişaf etdirmək məqsədilə məşq prosesində hərəkətlərin icrası arasındakı istirahət intervalını 1-3 dəqiqə müəyyən edir. O, bu metodun idman formasına tez düşməyə imkan verdiyini, lakin məşqin səmərəsini azalda biləcəyini bildirir.

Müəllim hansı metoddan istifadə edir?

39. Fiziki tərbiyə müəllimi Elçin müəllim şagirdlərə start siqnalını gözləməyi və siqnal verildikdən dərhal sonra hərəkətə başlamağı öyrədir. O, bu məqsədlə şagirdləri müxtəlif çıxış vəziyyətlərində (oturmuş, uzanmış, kürəyi qaçış istiqamətinə olmaqla) yerləşdirir və “Marş!” komandası ilə qaçışa başlamalarını tələb edir.

Bu, hansı reaksiya növünün inkişafına yönəldilmişdir?

40. Uyğunluğu müəyyən edin:

1. Müxtəlif start vəziyyətlərindən siqnal üzrə 10–15 m məsafəyə sürətli qaçışlar, müxtəlif intervallı start siqnalı ilə qaçışlar, məkik qaçışları (2x10 m, 4x10 m)
2. 800 m, 1000 m, 1500 m məsafələrə qaçışlar, kross qaçışları, uzun müddətli rəvan qaçışlar
3. Turnikdə dartınma, kəndirə dırmanma, paralel qollarda dayaqdan qolların bükülüb-açılması, uzanaraq dayaqda qolların bükülüb-açılması
4. Topun gövdə ətrafında fırladılması, iki topun eyni vaxtda atılıb-tutulması, maneələr zolağını dəf etmə, mayallaq aşmalar, 360° dönmələrlə tullanmalar

a. Dözümlülük qabiliyyəti
b. Çeviklik qabiliyyəti
c. Sürət qabiliyyəti
d. Qüvvə qabiliyyəti

41. Uyğunluğu müəyyən edin:

1. Mövzuya dair məlumat verir
2. İcra etmə
3. Nümayiş etdirmə
4. Ünsiyyət, davranış, əməkdaşlıq, özünəinam, mübarizlik, liderlik, qətiyyət

a. İnformasiya təminatı və nəzəri biliklər məzmun xəttinin qiymətləndirmə meyarı
b. Hərəki bacarıq və vərdişlər məzmun xəttinin qiymətləndirmə meyarı
c. Hərəki qabiliyyətlər məzmun xəttinin qiymətləndirmə meyarı
d. Mənəvi-iradi xüsusiyyətlər məzmun xəttinin qiymətləndirmə meyarı

42. Fiziki tərbiyə müəllimi Sucəddin müəllim dərsdə 30-35 m məsafəyə təkrar qaçışlar, sürətlənmələr, kiçik mailliyi olan qaçış yolunda sürətlənmələr, həmçinin qısa məsafələrə cütlükdə yarışlar və komandalı estafetlərdən istifadə edir.

Müəllimin tətbiq etdiyi vasitələr əsasən hansı hərəki qabiliyyətin hansı komponentinin inkişafına yönəldilmişdir?

43. Fiziki tərbiyə müəllimi Elnur müəllim şagirdlərə izah edir ki, orqanizmdə elə bir sistem var ki, onun vəzilərinin xüsusi axacağı yoxdur, ifraz etdiyi maddələr birbaşa qana və limfaya keçərək orqanizmə yayılır. Bu sistemin fəaliyyəti nəticəsində orqanizmin böyüməsi, cinsi yetişkənliyi, fiziki və psixi inkişafı tənzimlənir. O, həmçinin vurğulayır ki, fiziki hərəkətlər bu sistemin fəaliyyətinə müsbət təsir göstərir.

Müəllimin təsvir etdiyi xüsusiyyətlər hansı sistemə aiddir?

44. Fiziki tərbiyə müəllimi Sakit müəllim şagirdlərə izah edir ki, fiziki cəhətdən hazırlığı aşağı olan, idmanla məşğul olmayan insanlarla müqayisədə yüksək dərəcəli idmançıların, xüsusilə uzaq məsafəyə qaçan stayerlərin, üzgüçülərin ürək vurğularının sayı daha aşağı olur. O, bu fərqin səbəbini izah edərkən müxtəlif qruplar üzrə ürək vurğularının sayını müqayisə edir.

Müəllimin bildirdiyinə görə, yüksək dərəcəli uzaq məsafəyə qaçan stayerlərdə ürək vurğularının sayı təxminən neçə vurğu/dəqiqə təşkil edir?

45. Südabə müəllimə 7a sinif şagirdlərinə izah edir ki, yeniyetmə yaş dövründə, xüsusilə 12-13 yaş oğlanlarda və 10-11 yaş qızlarda, onurğa sütununun həddindən artıq yüklənməməsi və müntəzəm fiziki hərəkətlərin icra edilməsi vacibdir. Müəllim vurğulayır ki, bu dövrdə oturaq həyat tərzi onurğada ciddi problemlərə səbəb ola bilər.

Müəllimin bu tövsiyəsinin əsas səbəbi nədir?

46.

47. Fiziki tərbiyə dərsinin əsas hissəsində şagirdlər estafet yarışlarında iştirak edir, komanda şəklində hərəkətləri icra edirlər. Bu hissədə şagird fəaliyyətinə aid olan əsas xüsusiyyətləri müəyyən edin.

1. Komandada əməkdaşlıq edir

2. Hərəkətləri nümayiş etdirir

3. Yarış rejimində estafetləri yerinə yetirir

4. Dərsin məqsədini izah edir

48. Nurlan müəllim fiziki tərbiyə dərsində şagirdlərə müxtəlif hərəki qabiliyyətlərin inkişaf etdirilməsi üçün istifadə olunan resurs nümunələrini izah edir. O, qeyd edir ki, hər bir hərəki qabiliyyət üçün xarakterik olan tərkib komponentlər və onları inkişaf etdirən konkret resurs nümunələri mövcuddur.
Aşağıdakılardan hansı resurs nümunələri çeviklik hərəki qabiliyyətlərinin inkişafına xidmət edir?
1. İstənilən hərəkətin maksimal tezlikdə icra olunması
2. Fərdi, cütlükdə, qruplarla müvazinət hərəkətləri
3. Müxtəlif hündürlüklü maneələr üzərindən sıçrayışlar
4. İdman oyunları (futbol, həndbol, voleybol, basketbol)
5. Ağırlıqlar və ya kənar köməklə əyilmələr (qeyri fəal)
6. İdman oyun növlərinin elementlərindən ibarət estafetlər, oyunlar, yarışlar

49. Müəllim şagirdlərə nəbzin ölçülməsi qaydalarını izah edir və deyir ki, nəbzi ölçmək üçün bədənin müəyyən nahiyələrindən istifadə etmək mümkündür.
Mətnə əsasən nəbzin ölçülməsi üçün hansı nahiyələrdən istifadə olunur?

50. Əhməd minimal vaxt ərzində maksimum qüvvə göstərərək yüksək sıçrayış edir və ya uzunluğa tullanır. Bu zaman hərəkət çox sürətli və güclü şəkildə icra olunur.
Bu vəziyyətdə qüvvə qabiliyyətinin hansı təzahür forması özünü göstərir?

51. "Müəllim şagirdlərdə esse yazmağın strukturunu öyrətməyi hədəf qoyur və lövhədə beş fərqli mövzulun adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın". Burada müəllim ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdən hansının tələbinə riayət etmiş olur?

52. Ailə büdcəsinin qorunması üçün qənaətin vacib olması ilə bağlı şagirdlərin müzakirəsini təşkil edən müəllim şagirdlərdə hansı səriştə formalaşdırılmasına və pedaqoji prosesin tələblərindən hansının reallaşmasına çalışır?

53. Verilmiş rəy nümunələrindən hansı şagirdin inkişafını təmin etmək üçün effektiv deyil?

54. Sorğu və araşdırma əsaslı təlim ilə bağlı hansı fikir yanlışdır?

55. Yanlış fikri müəyyənləşdirin.

56. Müəllim "Mən belə dövranı qana bilmirəm" satirasını tədris edərkən əvvəlcə əsərdə mənası şagirdlər üçün məlum olmayan sözləri onlara izah edir. Daha sonra satiranı təhlil etmələrini tapşırır. Müəllimin istifadə etdiyi strategiya hansı nəzəriyyəyə əsaslanır?

57. Müəllim dərsdə "cütlərlə iş" formasından istifadə edir. Bu zaman cütlərdən biri aralarındakı müzakirəni yüksək səslə edir. Müəllim həmin cütə yaxınlaşaraq deyir: "Sakit işləyin və başqalarının da rahat işləməsi üçün şərait yaradın". Verilən situasiya ilə bağlı doğru fikir hansıdır?

58. Verilmiş hansı situasiyada sinifdə səmərəli öyrənmə mühitinin olduğunu demək olmaz?

59. Yoldaşlarının və özünün istəklərini fərqləndirir, qəbul edilmiş qaydaları anlayır, lakin qaydalara əməl etməyi özü üçün öhdəlik saymı bu hal xarakterin formalaşmasının hansı mərhələsinə aiddir.

60. Müəllim şagirdlərə müzakirə zamanı belə bir hadisə danışır: "Təsəvvür edin ki, yaxın dostunuz sizə sinif yoldaşının əşyasını icazəsiz götürərək qaydanı pozduğunu bildirir”. Bu məsələ ilə bağlı siz nə düşünürsünüz? Şagirdlərdən biri cavab verir ki, "dostum belə olsa, qaydalara əməl etməlidir, onların pozulmasına göz yuma bilmərəm, çünki digər şagird yoldaşlarından kimsə ondan nümunə götürüb həmin davranışı edə bilər”. Bu cür düşünən şagird Mənəvi inkişafın hansı səviyyəsinə və mərhələsinə uyğun gəlir?

Nəticə

Back To Top
Ara