I SERTİFİKASİYA SINAĞI (055-482-10-12) 07 Haziran 2026 admin Kateqoriyasız 0 Yorum /60 I SERTİFİKASİYA SINAĞI (055-482-10-12) Ad:Soyad:İxtisası:Aktiv əlaqə nömrəsi: 1. İdman oyunlarının aerob rejimdə icrası hansı hərəki qabiliyyəti inkişaf etdirir A) Dözümlülük. B) Sürət. C) Sürət – güc. D) Çeviklik. E) Əyilgənlik. 2. …………. zamanı məşğul olan şəxs sərbəst olaraq bədəni və oynaqları ilə müxtəlif yaylı, fırlanma, yellənmə və s. Hərəkətləri maksimal amplituda ilə icra edir. A) Statik fəal hərəkətlər. B) Statik qeyri fəal hərəkətlər. C) Dinamik fəal hərəkətlər. D) Dinamik qeyri fəal hərəkətlər. E) Qarışıq həkətlər. 3. Yeniyetmə idmançıların hazırlanmasında əsas metod hesab olunur. A) Yarış metod. B) Təkrar metod. C) Oyun metod. D) Dairəvi metod. E) İnterval metod. 4. Sürət – 60 metr qaçış. Sürət – güc – 150 qram tenis topunun atılması. Dözümlülük – ? A) 6 dəqiqə qaçış. B) 2000 metr qaçış. C) 1500 metr qaçış. D) 3000 metr qaçış. E) Uzunmərhələli estafetlər. 5. Hərəki faiyyətə daxil olan hər bir elementin icrasına diqqətin cəlb olunması ilə yerinə yetirilir. Söhbət hansı termindən gedir? A) Hərəkət. B) Hərəki vərdiş. C) Hərəki qabiliyyət. D) Hərəki bacarıq. E) Hərəki qabiliyyət. 6. “Komandalı fəaliyyət zamanı əməkdaşlıq hissinin formalaşdırılması” fiziki tərbiyənin hansı forması və təhsilin hansı səviyyəsinə aiddir? A) Fiziki tərbiyə dərsi, ümumi orta təhsil. B) Fiziki tərbiyə dərsi, ibtidai təhsil. C) Xüsusi fiziki tərbiyə, ibtidai təhsil. D) Dərsdənkənar fiziki tərbiyə, ümumi orta təhsil. E) Xüsusi fiziki tərbiyə, ümumi orta təhsil. 7. Gimnastika körpüsündən tullanaraq icra olunan müxtəlif hərəkətlər hansı hərəki qabiliyyəti inkişaf etdirir? A) Sürət – güc. B) Sürət. C) Əyilgənlik. D) Çeviklik. E) Qüvvə. 8. Orqanizimin ümumi fiziki hazırlığını, ayrı – ayrı əzələ qruplarının hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə istifadə olunan, müxtəlif idman növlərinə aid hərəkətlər kompleksidir. A) Əsas hərəkətlər. B) Xüsusi hərəkətlər. C) Hazırlayıcı hərəkətlər. D) Ümuminkişaf hərəkətləri. E) Bərpaedici və relaksedici hərəkətlər. 9. Dektatlon yarışında birinci günün proqramına hansı yarış daxil deyil? A) Yadro itələmə B) Uzunluğa tullanma C) 100 mert qaçış D) Hündürlüyə tullanma E) Nizə atma 10. Qüvvə qabiliyyətinə aid hərəkətlərin icrası zamanı əzələlər daha çox hansı prosesə məruz qalır? A) Dartılma prosesinə B) Qaçma prosesinə C)Əyilmə prosesinə D) Yığılma prosesinə E) Müqavimət prosesinə 11. Atletikada startı və finişi eyni qaçış yolunda edilməyən qaçışları müəyyən edin. 1. 200 metr qaçış 2. 800 metr qaçış 3. 4×400 metr estafet qaçışı 4. 100 metr qaçış 5. 4×100 metr estafet qaçışı 6. 1500 metr qaçış A) 1, 2, 6 B) 2, 3, 6 C)1, 3, 5 D) 1, 4, 5 E) 3, 4, 5 12. Verilmiş hərəkətlərdən hansı çeviklik qabiliyyətinin inkişafına daha çox təsir göstərər? A) Uzaq məsafəyə çox saylı sıçrayış və qaçış hərəkətləri B) Çətin texniki hərəkətlərin uzun müddət saxlanılaraq icrası C) Asta tempdə qüvvə hərəkətlərinin fasiləsiz rejimdə icrası D) Yerindən uzunluğa və hündürlüyə tullanma hərəkətləri E) Tennis topu ilə hədəfin vurulması 13. Səhər gimnastikası üçün hərəkətlərin ardıcıllığını düzgün göstərin. 1. Çiyin qurşağı üçün hərəkətlər. 2. Sıçrayışlar, tullanmalar, qaçış. 3. Baş – boyun əzələləri üçün hərəkətlər. 4. Sakitləşdirici (əzələləri boşaldıcı və tənəffüs) hərəkətlər. 5. Aşağı ətraf əzələləri üçün hərəkətlər. 6. Gövdə əzələləri üçün hərəkətlər. A) 3, 1, 5, 6, 2, 4. B) 1, 3, 5, 2, 6, 4. C) 3, 6, 1, 5, 2, 4. D) 5, 2, 6, 1, 3, 4. E) 3, 1, 6, 5, 2, 4. 14. Badminton oyunu minimum neçə hissə oynanılır? A) 1 hissə B) 3 hissə. C) 4 hissə. D) 2 hissə. E) 5 hissə. 15. Dərsin məqsədinə uyğun oyunlar və hərəkətlər vasitəsi ilə müvafiq hərəki qabiliyyətin inkişafını təmin edir. Dərsin hansı hissəsi və kimin fəaliyyətidir? A) Hazırlayıcı hissə müəllim fəaliyyəti. B) Əsas hissə şagird fəaliyyəti . C) Əsas hissə müəllim fəaliyyəti. D) Tamamlayıcı hissə müəllim fəaliyyəti. E) Giriş hissə müəllim fəaliyyəti. 16. Fiziki tərbiyə fənnində kiçik summativ qiymətləndirmə zamanı nəzərə alınan əsas göstəriciləri müəyyənləşdirin. 1. İnformasiya məlumatlılığı 2. Davranış xüsusiyyətləri 3. İcra bacarığı 4. Dərsə davamiyyəti 5. Qabiliyyət nümayiş etdirməsi A) 2,3,5 B)1,2,3,5 C) 2,3,4,5 D) 1,2,4,5 E) 3,4,5 17. Xüsusi dözümlülüyün inkişafı üçün dərs proqramına hansı fəaliyyətin daxil edilməsi daha məqsədəuyğundur? A) Nişanlanmış yolda təkrar qaçışlar B) Qısa müddətli qüvvə hərəkətləri C) Turnikdə dartınma və sallanma hərəkətləri D) Hərəkətin şagirdin malik olduğu maksimal sürətlə icra olunması E) Uzaq məsafəyə orta intensivlikli qaçışlar 18. Hansı vitamininin orqanizmdə çatışmaması ilk növbədə mədə-bağırsaq sistemindəki xəstəliklərlə əlaqədar yaranır? A) B2 B) B6 C) C D) B12 E) B1 19. Çeviklik qabiliyyəti digər hərəki qabiliyyətlərdən fərqli olaraq hansı sistemlə daha çox əlaqəlidir? A) Sümük sistemilə B) Həzm sistemilə C) Tənəffüs sistemilə D) Əzələ sistemilə E) Mərkəzi sinir sistemilə 20. Qüvvə qabiliyyətinin yüksək səviyyədə inkişafı nəticəsində şagird aşağıda verilmiş hansı hərəkəti daha yüksək səviyyədə icra edər? A) Müqavimət hərəkətlərini B) Tullanma hərəkətlərini C) Ümuminkişaf hərəkətlərini D) Əyilmə hərəkətlərini E) Tənəffüs hərəkətlərini 21. Aşağıda verilmiş gimnastikanın növlərindən hansı Olimpiya oyunlarının proqramına daxildir? A) Parkur B) Gimnastika hamı üçün C) Batut gimnastikası D) Aerobika gimnastikası E) TeamGym 22. Əhməd təkan brusokuna təkan verdikdən sonra çox qısa uzunluğa tullanır, bu onu narahat edir. Hansı hərəki qabiliyyətin inkişafında tullanma bacarığı formalaşdırılmalıdır? A) Sürət-güc qabiliyyətinin B) Əyilgənlik qabiliyyətinin C) Qüvvə qabiliyyətinin D)Çeviklik qabiliyyətinin E) Dözümlülük qabiliyyətinin 23. Azərbaycan müstəqillik əldə etdikdən sonra hansı Azərbaycan idmançısı olimpiya oyunlarında 2 bürünc 1 gümüş medal qazanıb? A) Fərid Mansurov B) Rövşən Bayramov C) Xetaq Qazyumov D) Namiq Abdullayev E) Şərif Şərifov 24. Futbolda yan xətdən topu oyuna daxil edən oyunçu qaydalara uyğun daxil etmir. Qərar? A) Sərbəst zərbə təyin edilir B) Oyun davam etdirilir C) Mübahisəli topla oyun davam etdirilir D) Top rəqib komandaya verilir E) Yan xətdən topun daxil edilməsi təkrar etdirilir 25. Dözümlülük qabiliyyətinin inkişaf etdirilməsi zamanı aşağıdakılardan hansına riayət olunması daha vacibdir? A) Hərəkətlərin yalnız əyilmə dözümlülüyü üzərində qurularaq yerinə yetirilməsi B) Hərəkətlərin minimal qüvvə ilə yalnız azalan və fasilə ilə icra olunması C) Hərəkətlərin yalnız qısa müddət saxlanılması ilə yerinə yetirilməsi D) Hərəkətlərin müntəzəm və tədricən artan amplituda ilə yerinə yetirilməsi E) Hərəkətlərin aşağı intensivliklə fasiləsiz və müəyyən müddətə icra olunması 26. Müəllim şagirdlərin sırada saymalarını və sıra nömrələrinin müəyyən olunmasını istəyir. Bu situasiyada müəllim hansı komandanı verməlidir? Müəllim şagirdləri bir cərgədən iki cərgəyə yenidən düzmək üçün ilk olaraq hansı komanda verir? A) Alqoritmlə say! B) İki-iki say! C) Sıra sayı ilə say! D) Başdan say! E) Bir-iki say! 27. Əyilmə qabiliyyətinin inkişafı üçün əsas vasitə …………………. təsir göstərən dinamik və statik (müxtəlif vəziyyətlərin maksimal amplitudasının saxlanması) hərəkətlərdir. A)Həcminin artmasına B) Liflərinin çoxalmasına C) Dərinin qalınlaşmasına D) Əzələlərin dartılmasına E) Həcminin azalmasına 28. Aşağıdakı hansı fikir həndbol oyununa aiddir? A) Qeyri-olimiya növüdür B) Oyun püşkatma ilə başlayır C) Taymautun vaxtı 30 saniyədir D) Oyun təmiz vaxtla oynanılır E) Hissələr arasə fasilə maksimum 3 dəqiqədir 29. Hərəkətlər yorulma yaratmayan qısa məsafə kəsiklərində icra olunması hansı hərəki qabiliyyətin əsas göstəricisidir? A)Dözümlülük qabiliyyətinin B)Sürət qabiliyyətinin C)Sürət-güc qabiliyyətinin D)Çeviklik qabiliyyətinin E)Əyilgənlik qabiliyyətinin 30. 3×3 basketbolunda komandalardan biri 20 xalı toplayır, lakin vaxtın bitməsinə iki dəqiqə qalmışdır. Qərar aşağıdakılardan hansı olar? A)Top rəqibə verilir B)Buna hakim qərar verir C) Taym-aut elan edilir D) Oyun davam etdirilir E) Oyun dərhal başa çatır 31. Orqanizmdə gedən prosesləri, ilk növbədə maddələr mübadiləsini asanlaşdırır: A) Karbohidratlar B)Nuklein turşuları C) Su D) Liflər E) Minerallar 32. Ümumtəhsil məktəblərində qüvvə qabiliyyətinin hansı ətraf əzələlərində inkişaf etdirildiyini müəyyən edin. 1. Bədənin ön əzələləri 2. Aşağı ətraf əzələləri 3. Sinə əzələləri 4. Yuxarı ətraf əzələləri 5. Bədənin arxa əzələləri A) 2, 3, 4, 5 B)1, 3, 5 C) 2, 4 D) 1, 2, 4, 5 E) 1, 3, 4, 5 33. Atletikada 4×400 estafet yarışlarında neçə ötürmə edilir? A) 1 B) 3 C) 2 D) 4 E) 6 34. Qüvvənin inkişafı nəticəsində daha çox güclənən sistemləri müəyyən edin. 1. Ürək-damar sistemi 2. Həzm sistemi 3. Əzələ sistemi 4. Tənəffüs sistemi 5. Sümük sistemi A) 3, 5 B) 2, 4 C) 1, 3 D) 1, 4 E) 2, 5 35. Hansı idman növü qədim Olimpiya oyunlarının proqramında yox idi? A) Boks B) İkili qaçış C) Pankration D) Triatlon E) At yarışları 36. Basketbolda yan xətdən topu oyuna daxil edən oyunçunun bədəni və hər iki ayağı meydanın kənarında olmaqla ötürmə edir. Oyun necə davam etdirilməlidir? A) Oyunu davam etdirmək lazımdır B) Rəqibin xeyrinə 2 cərimə atışı verilməlidir C) Mübahisəli topla oyun davam etdirilməlidir D) Pozuntu qeydə alınaraq top rəqibə verilməlidir E) Xəbərdarlıq edilərək ötürmə təkrar edilməlidir 37. Şagirdlərdə yuxarı ətrafların əzələ qüvvəsini artırmaq üçün hansı hərəkəti daha məqsədəuyğun hesab edirsiniz? A) Turnikdə dartınmanı B) Müvazinət hərəkətlərini C) Gövdənin bükülüb açılmasını D Kəndirlə sıçramanı E) Oturub-durma hərəkətlərini 38. Fiziki tərbiyə dərsində təyinatına görə ən əvvəldə istifadə edilən hərəkət hansıdır? A) Ümuminkişaf hərəkətləri B) Ümuminkişaf hərəkətləri C) Sıra hərəkətləri D) Bərpaedici hərəkətlər E) Əsas hərəkətlər 39. Sürət-güc qabiliyyətinin inkişaf etdirilməsində əsas məqsədlərdən biri hansıdır? A) Əzələlərin uzun müddət gərgin vəziyyətdə saxlanılması B) Həm yuxarı, həm də aşağı ətraf əzələ qruplarının eyni anda fəaliyyətdə olması C) Sürət-güc hərəkətlərinin sayının davamlı artırılması D) Qısa məsafələrə fasilələrlə sürətli qaçışların təşkil edilməsi E) Orta uzaq məsafələrə fasiləsiz sürətli qaçışların təşkil edilməsi 40. Müəllim şagirdlərin 45° sağ istiqamətə dönməsini istəyirsə, hansı komandanı verməlidir? A) Sağa dön! B) Geri dön! C) Yarımsola dön! D) Yarımsağa dön! E) Sola dön! 41. Əgər hərəkətlərin icrasının diqqət mərkəzində “xarici müqaviməti dəf etmək” durursa, söhbət hansı hərəki qabiliyyətdən gedir? A) Əyilgənlik qabiliyyətindən B) Sürət-güc qabiliyyətindən C) Qüvvə qabiliyyətindən D) Dözümlülük qabiliyyətindən E) Sürət qabiliyyətindən 42. Dözümlülük hərəki qabiliyyətinin inkişafı zamanı tapşırıqları seçərkən hansı xüsusiyyət əsas götürülməlidir? A) Uzaq məsafəyə qaçışların sayının artırılması B) Hərəkət istiqamətinin tez-tez dəyişdirilməsi C) Daha çox tullanma və sıçrayış hərəkətlərinin icra edilməsi D)Oynaqların mütəhərrikliyi və əzələ-bağların elastikliyinin artırılması E)Əzələlərin uzunmüddətli gərgin vəziyyətdə saxlanılması 43. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. Futbolda (qapıçı istisna olmaqla) oyunçu öz cərimə meydanında əlində tutduğu əşya ilə topa toxunduqdan sonra topun başqa bir oyunçuya toxunmasına qədər yenidən ayaqla vurur. Hakim oyunu saxlayaraq rəqibin xeyrinə ………. zərbə təyin edir. A) 11 metrlik penalti B) Küncdən C) Qapıdan D)Sərbəst E) Cərimə 44. Ümumtəhsil məktəblərində hansı tədris vahidi üzrə kiçik summativ qiymətləndirmədə daha az hərəkətlər tətbiq edilir? A) Sürət qabiliyyəti B) Çeviklik qabiliyyəti C) Qüvvə qabiliyyəti D) Əyilgənlik qabiliyyəti E) Dözümlülük qabiliyyəti 45. Hansı rəy konstruktiv hesab olunur? A. Səhvlərin çoxdur, diqqətli ol B. Keçən dəfə də belə etmisən, bu düzgün deyil C. Hesablamaların doğrudur; məsələnin şərtindəki verilənləri ayrıca qeyd etsən, həll zamanı heç nəyi unutmazsan D. Bu iş rubrikaya uyğun deyil, yenidən yaz E. Səliqəlidir, amma niyə belə etmisən? 46. İnklüziv sinifdə autizm spektrli şagird üçün daha məqsədəuyğun yanaşma hansıdır? A. Bütün dərslərdə valideynin mütləq sinifdə oturmasını tələb etmək B. Tapşırıqları dəyişmədən hamıya eyni formada vermək C. Şagirdi yalnız ön sırada oturtmaqla kifayətlənmək D. Tapşırıqları şagirdin ehtiyacına uyğun fərqləndirmək və mərhələli təqdim etmək E. Şagirdi dərsdən tam kənarlaşdırmaq 47. “Səncə, qəhrəman niyə belə qərar verdi? Fikrini əsaslandır.” Tapşırıq Blum taksonomiyasının hansı mərhələsinə uyğundur? A. Yadda saxlamaq B. Anlamaq C. Tətbiq etmək D. Dəyərləndirmək E. Təkrarlamaq 48. Şagirdin çantasına təkrar şəkildə təhqiredici yazı qoyulur. Müəllimin uyğun addımı hansıdır? A. Bullinq edən şagirdlə söhbət edib səbəbi araşdırmaq və zəruri dəstəyi təşkil etmək B. Eyni davranışa cavab verməyə şərait yaratmaq C. Hadisəni bütün məktəbdə elan etmək D. Şagirdi dərhal uzaqlaşdırmaq E. Problemi zarafat kimi qəbul etmək 49. Müəllim izahdan sonra sual-cavab aparır, anlaşılmayan hissəni müəyyənləşdirib istiqamət verir. Bu proses nəyi göstərir? A. Müəllimin formativ qiymətləndirmədən istifadə etdiyini göstərir B. Müəllimin planlaşdırma aparmadığını göstərir C. Summativ qiymətləndirmənin başlandığını göstərir D. Şagirdin dərsdən uzaqlaşdığını göstərir E. Yalnız ev tapşırığının yoxlandığını göstərir 50. Şagird sinif yoldaşının ailə problemi haqqında öyrənib bunu sinifdə həmyıə danışır. Müəllimin ən səmərəli addımı hansıdır? A. Şagirdi hamının yanında danlamaq B. Valideyni dərhal məktəbə çağırmaq C. Şagirdlə söhbət aparıb davranışını refleksiya etdirmək və sinifdə dəyərləri möhkəmləndirmək D. Bir müddət yalnız avtoritar üsuldan istifadə etmək E. Problemi görməzdən gəlmək 51. Qrup işində iki şagird bir-birinin fikrinə hörmət etmədiyi üçün mübahisə yaşayır. Sosial-emosional öyrənmə baxımından ən uyğun addım hansıdır? A. Hər iki şagirdə hisslərini ifadə etməyə, empatiya qurmağa və birgə qərar tapmağa şərait yaratmaq B. Yalnız daha sakit şagirdi dinləmək C. Məsələni sinfin qarşısında cəza ilə həll etmək D. Mübahisəni yarımçıq kəsib mövzunu dəyişmək E. Təkcə yüksək nəticə göstərən şagirdə üstünlük vermək 52. Şagirdlər imlada çətin sözləri yazmaqda çətinlik çəkirlər. Müəllimin hansı köməyi doğru hesab olunmur? A. Orfoqrafiya lüğətindən istifadə etməyə icazə vermək B. Oxşar nümunələrlə qaydanı xatırlatmaq C. Yönəldici suallar vermək D. Qaydaları xatırlatmaq E. Sözlərin düzgün yazılışını lövhədə hazır şəkildə yazmaq 53. Şagird dərs zamanı sinifdə gəzir və digərlərinin fikrini yayındırır. Müəllimin ən effektiv addımı hansıdır? A. Hamının yanında danlamaq B. Davranışına fikir verməmək C. Səbəbi müəyyən etmək üçün şagirdlə söhbət edib həll yolunu birlikdə tapmaq D. Şagirdi arxa sırada tək oturtmaq E. Dərsdən çıxarmaq 54. Sinfin səmərəli idarə olunması üçün ən uyğun addım hansıdır? A. Qaydaları yalnız semestr sonunda demək B. Aydın sinif qaydaları və sabit prosedurlar müəyyənləşdirmək C. Heç bir qayda qoymamaq D. Yalnız cəza üsulundan istifadə etmək E. Şagirdləri daim müqayisə etmək 55. Şəkildə gördüyünüz meydança hansı idman oyununa aiddir? A) Tennis. B) Badminton. C) Voleybol. D) Həndbol. E) Beysbol. 56. Voleybol və Basketbol haqqında ortaq olan məlumat hansıdır? A) Meydan xətlərinin qalınlığı 8 santimetrdir B) Ayaqla oynamağa icazə verilir C) Mərkəzi dairənin radiusu hər ikisində eynidir D) Komandada oyunçuların ümumi sayı 12 nəfər olmalıdır E)Oyunda qırmızı və sarı kart vardır 57. Bu fikirlər hansı idman oyununa aiddir? 1. Meydan xətlərinin qalınlığı 8 santimetrdir 2. Başlanğıc zərbəsindən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır 3. Oyunun vaxtı 40 dəqiqədir A) Futzal B) Həndbol C) Futbol D) Basketbol E) Voleybol 58. Hansı idman oyununda daha çox hakim olur? A) Futzal B) Badminton C) Həndbol D) Basketbol E) Voleybol 59. Qeyri vizual ötürmə hansı estafet qaçışında olur? A) 4X800 B) Heç birində C) 4X800 D) 4X100 E) 4×1500 60. Basketbolda bir komandanın oyunçusu qeyri-idman fol edərsə,həmin komandanın hesabına neçə fol tətbiq edilər ? A) 5 fol A) 5 fol C) 2 fol D) 3 fol E) 4 fol Nəticə Share This Twitter Facebook Pinterest LinkedIn admin Comments (0) Bir yanıt yazın Yanıtı iptal etE-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdirAd * E-posta * İnternet sitesi Daha sonraki yorumlarımda kullanılması için adım, e-posta adresim ve site adresim bu tarayıcıya kaydedilsin. Yorum *
Comments (0)